Ciorcia Meloni İlham Əliyevə təşəkkür etdi

Ciorcia Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın Baş naziri Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib.

İtaliya hökumətinin rəhbəri bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Meloni Prezident İlham Əliyevə müraciət edərək iki dövlət arasındakı strateji tərəfdaşlığa diqqət çəkib:

“Əziz Prezident Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə təşəkkür edirəm. İtaliya və Azərbaycan illər ərzində ortaq baxış və maraqlara söykənən möhkəm əməkdaşlıq qurublar. Strateji tərəfdaşlığımızı möhkəmləndirmək üçün birlikdə həyata keçirdiyimiz işlərlə fəxr edirəm. Əminəm ki, xalqlarımızın mənafeyi naminə bizi qarşıda yeni mühüm əməkdaşlıq imkanları gözləyir”.

Xatırladaq ki, bundan öncə dövlət başçısı C. Meloniyə təbrik ünvanlamışdı.

Mənbə: qafqazinfo.az