Ərdoğan da Melonini təbrik etdi

Ərdoğan da Melonini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin “ən uzun müddət vəzifədə qalan Baş naziri” titulunu qazanan İtaliyanın Baş naziri Ciorcia Melonini təbrik edib.

Türkiyə lideri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ərdoğan paylaşımında Meloniyə xoş arzularını çatdıraraq iki ölkə arasındakı münasibətlərə diqqət çəkib:

“İtaliya Respublikasının “ən uzun müddət vəzifədə qalan Baş naziri” titulunu qazanan hörmətli Ciorcia Melonini ürəkdən təbrik edirəm. Hörmətli Ciorcia Meloni ilə ölkələrimiz arasındakı əməkdaşlıq və həmrəyliyi hər keçən gün daha da möhkəmləndirəcəyimizə səmimi qəlbdən inanıram”.

Xatırladaq ki, daha əvvəl Prezident İlham Əliyev də italiyalı Baş naziri sözügedən titulla bağlı təbrik etmişdi.

Mənbə: qafqazinfo.az