Baş nazirə oyuncaq bəbir hədiyyə edildi

Baş nazirə oyuncaq bəbir hədiyyə edildi

Hindistanın Baş naziri Narendra Modi Qırğızıstan Respublikasına işgüzar səfərə gəlib.

Fəxri qonağı Manas Beynəlxalq Aeroportunda Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev qarşılayıb.

Baş nazir ŞƏT Dövlət Başçıları Şurasının növbəti iclasında, "ŞƏT Plus" formatında yüksək səviyyəli görüşdə və VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etmək üçün Qırğızıstana səfər edib.

Hindistanın Baş nazirinə Qırğızıstanın milli simvolu və VI Dünya Köçəri Oyunlarının rəsmi simvolu olan bəbir oyuncağı hədiyyə edilib.

Mənbə: unikal.az