İran iqtisadiyyatı və təhlükəsizliyin təminatı üçün regional dialoq və əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
İran Prezident Aparatının məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian bu gün (31 avqust) Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 26-cı sammitində iştirak etmək məqsədilə Qırğızıstana səfər etməzdən öncə Tehranda verdiyi açıqlamada deyib.
“İran müharibə etmək istəmir. Bu mesajı indiyə qədər İran dəfələrlə dünyaya elan edib. Lakin istənilən təcavüzə gücü və qətiyyəti ilə cavab verəcək. Regionda destabillik bütün ölkələrin zərərinədir. Buna əsasən bütün region ölkələri əl-ələ verərək regionun təhlükəsizliyi, iqtisadiyyatı və inkişafının təmin olunması üçün çalışmalıdır”, -deyə o bildirib.
Pezeşkian bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çox əhəmiyyət kəsbə edir. Region ölkəklərinin əskəriyyəti sammitdə iştirak edəcək.
“Regionumuzdakı ölkələr həmişə əlaqə quraraq birlikdə yaşayaraq inkişaf edib. Buna əsasən sülh, təhlükəsizlik, iqtisadiyyat və sivilizasiya bu bölgənin inkişafına töhfə verib. Bu prosesin inkişaf etdirilməsi üçün çalışmaq lazımdır”, -deyə o bildirib.
İran prezidenti əlavə edib ki, sözügedən sammitdə ölkələrin rəhbərlərinin konstruktiv dialoqu ilə regionun idarə edilməsi potensialı sübut olunmalıdır.
Pezeşkian qeyd edib ki, sammitin kənarında region ölkələrinin rəhbərləri ilə ikitərəfli görüşlər və dialoq regionun təhlükəsizliyi, iqtisadiyyatı və siyasi prosesinə kömək göstərə bilər.
Mənbə: az.trend.az