BƏƏ İrana məxsus dronu məhv edib

BƏƏ İrana məxsus dronu məhv edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri İran ərazisindən buraxılan bir pilotsuz uçuş aparatını ölkənin ərazi suları üzərində məhv edib.

Bu barədə BƏƏ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bizim Hərbi Hava Qüvvələrimiz İran ərazisindən gələn pilotsuz uçuş aparatını dövlət suları üzərində məhv edib”, - deyə nazirliyin X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, BƏƏ Müdafiə Nazirliyi döyüş hazırlığı vəziyyətindədir, hava hücumundan müdafiə qüvvələri isə gün ərzində ölkənin hava məkanını izləyir.

Mənbə: az.trend.az