İlham Əliyevdən Pezeşkiana “İstisu” jesti - Video

İlham Əliyevdən Pezeşkiana “İstisu” jesti -

Xəbər verdiyimiz kimi, avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü olub.

Görüşün əvvəlində prezidentlər arasında səmimi söhbət baş tutub. Pezeşkianın Gürcüstanın "Barjomi" brendinin suyunu içdiyini görən İlham Əliyev həmkarına Azərbaycan suyu içməyi məsləhət görüb. Azərbaycan lideri özü ilə gətirdiyini bildirdiyi "İstisu"dan süzərək Pezeşkianı onun dadına baxmağa dəvət edib. İran lideri isə Əliyevin təqdim etdiyi sudan məmnuniyyətlə içib.

Bu zaman iki liderin Azərbaycan dilində dialoq qurması isə xüsusi diqqət çəkib.

Həmin anları əks etdirən görüntüləri təqdim edirik:

Mənbə: publika.az