Moskvadakı səfirliyimizin önündəki təxribatın - VİDEOSU

Moskvadakı səfirliyimizin önündəki təxribatın -

Moskvada avqustun 27-də günorta radələrində Azərbaycanın Rusiya səfirliyinin qonaq evi qarşısındakı təxribatın videogörüntüləri yayılıb.

Report-a istinadla xəbər verilir ki, videogörüntülərə əsasən, naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib.

Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayıb Rusiya Federasiyasının aidiyyəti qurumlarından bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.

Mənbə: publika.az