ABŞ Yaxın Şərqə daha bir təyyarədaşıyan gəmi göndərir

ABŞ Yaxın Şərqə daha bir təyyarədaşıyan gəmi göndərir

ABŞ yaxın bir neçə həftə ərzində 5000 nəfərlik heyətlə birlikdə “Theodore Roosevelt” təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərəcək.

Bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, “Theodore Roosevelt” ən azı yeddi ay bölgədə döyüş növbətçiliyi aparacaq.
CNN qeyd edir ki, bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərq münaqişəsi və beynəlxalq öhdəliklərlə əlaqədar üzləşdiyi gərginlik fonunda baş verir.
Qeyd edək ki, daha əvvəl “USS George Washington” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ təyyarədaşıyan gəmisinin zərbə qrupu Yaxın Şərqdə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olmuşdu. O, may ayında ABŞ-yə qayıtması planlaşdırılan “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini əvəz etmək üçün Yaxın Şərqə gəlmişdi.

Mənbə: www.bakupost.az