ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında Şimali Koreya lideri Kim Çen Inla birlikdə çəkilmiş fotosunu paylaşıb.
Ağ Ev rəhbəri KXDR lideri ilə münasibətinin yaxşı olduğunu bildirib.
“Bu konkret şəkildə düşməncəsinə görünsə də, gülümsədiyimiz çoxlu fotolar var. Kim Çen In və mən çox yaxşı yola gedirik!”, - deyə Tramp qeyd edib.
Mənbə: apa.az