Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İndoneziyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib.
Bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
"İndoneziyada insan tələfatı və xəsarətlərlə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirib.
Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik.
Bu çətin zamanda İndoneziya xalqının yanındayıq", - deyə paylaşımda qeyd olunub.
Mənbə: oxu.az