Trampın xüsusi nümayəndəsi Misirdə HƏMAS liderləri ilə görüşdü

Trampın xüsusi nümayəndəsi Misirdə HƏMAS liderləri ilə görüşdü

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner bazar günü Misirdə HƏMAS liderləri ilə görüşərək onları silahsızlaşdırma ilə bağlı üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çağırıb.

Bu barədə “Axios” görüşdən xəbərdar olan iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, Kuşnerin ötən ilin oktyabrında Qəzzada müharibənin başa çatmasına dair razılaşmanın imzalanmasından sonra HƏMAS liderləri ilə ilk görüşüdür.

Görüş zamanı Kuşner HƏMAS-ı silahsızlaşdırma planının icrasına başlamağa və Qəzzada idarəetmənin yeni Fələstin texnokrat hökumətinə verilməsini təmin etməyə çağırıb.

ABŞ nümayəndəsi, həmçinin HƏMAS-ın Qəzzanın gələcək idarəçiliyində rol almaması məsələsini vurğulayıb.

Görüşdə Qəzza üzrə ABŞ-ın “Sülh Şurası”nın yüksək nümayəndəsi Nikolay Mladenov və Böyük Britaniyanın sabiq Baş naziri Toni Bler də iştirak edib.

Mənbə: qafqazinfo.az