Prezident İlham Əliyev Naxçıvanın timsalında yeni nəqliyyat dəhlizlərinin yaradıldığını bildirib.
Dövlət başçısı bu barədə avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib.
Prezident bildirib ki, hazırda Naxçıvanın timsalında yeni nəqliyyat damarları yaradılır.
“Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək”, - İlham Əliyev vurğulayıb.
Mənbə: publika.az