Bu ölkədən Trampa açıq çağırış: Rusiyaya təzyiq edin, Ukraynaya yox

Bu ölkədən Trampa açıq çağırış: Rusiyaya təzyiq edin, Ukraynaya yox

Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ-ı Ukraynada atəşkəsə nail olmaq üçün təzyiqi Rusiyaya yönəltməyə çağırıb.

Bu barədə o, PAP agentliyinə müsahibəsində danışıb.

Sikorski iyulun sonunda Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra atəşkəs ehtimalını şərh edərkən bildirib ki, sülh üçün Vaşinqton Moskvanı daha ciddi təzyiq altında saxlamalıdır.

Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı "sarsıdıcı" sanksiyalar haqqında qanunu qəbul etməsi Kremlə təsir göstərə biləcək əsas addımlardan biri ola bilər.

Nazir əlavə edib ki, hazırda ABŞ bir çox müttəfiq ölkələrə 10-15 faiz gömrük rüsumu tətbiq etdiyi halda, Rusiyaya qarşı hələ də belə bir tədbir görülməyib.

Sikorski, həmçinin danışıqlar aparan nümayəndələrin yalnız Moskvaya deyil, ilk növbədə Kiyevə səfər etməsinin vacibliyini vurğulayıb:

"Yaxşı olardı ki, danışıqları aparanlar ilk dəfə Moskvaya deyil, Kiyevə getsinlər", - deyə o bildirib.

Mənbə: publika.az