İmran Xanın 100-dən çox tərəfdarı həbs edilib - KİV

İmran Xanın 100-dən çox tərəfdarı həbs edilib - KİV

Pakistanın həbsdə olan keçmiş Baş naziri İmran Xanın azad edilməsi tələbi ilə keçirilən kütləvi nümayişlərin dağıdılması zamanı onun 100-dən çox tərəfdarı həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Məlumata görə, müxalif “Ədalət naminə hərəkat” partiyasının çağırışı ilə İmran Xanın azadlıqdan məhrum edilməsinin üçüncü ildönümü münasibətilə Pakistanın ən böyük şəhərlərində minlərlə etirazçının iştirakı ilə mitinqlər və yürüşlər keçirilib. Polisin nümayişçilərə qarşı gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə etdiyi iddia olunur.

Lahor, Mianvali və Ravalpindi şəhərlərində nümayişçilərlə hüquq-mühafizə orqanları arasındakı toqquşmalarda çoxsaylı şəxsin xəsarət aldığı, onların arasında aksiyanı işıqlandıran jurnalistlərin də olduğu bildirilir.

Qeyd edək ki, 73 yaşlı İmran Xan 2023-cü il avqustun 5-dən həbsdədir. O, dövlət sirri barədə qanunu pozmaqda ittiham olunaraq 10 il, korrupsiyaya görə isə 14 il həbs cəzasına məhkum edilib.

Mənbə: qafqazinfo.az