Türkiyə Hərbi Hava Qüvvələri NATO-nun missiyası çərçivəsində Baltikyanı ölkələrin hava sərhədlərinin qorunması üzrə növbətçiliyə başlayıb.
Respublikanın Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Estoniyaya 5 ədəd F-16 təyyarəsi və şəxsi heyət yerləşdirilib.
Qüvvələrin köçürülməsi iyulun 31-də başa çatıb, tapşırıqların icrasına isə avqustun 1-dən başlanılıb və proses 30 noyabr 2026-cı il tarixinədək davam edəcək.
Qeyd olunub ki, Türkiyə aviasiyası daha əvvəl də alyansın Polşa və Rumıniyadakı bənzər missiyalarında iştirak edib.
Natiq Səlim
Mənbə: konkret.az