Tramp "Hörmüz açılır" deyir, İran isə...

Tramp "Hörmüz açılır" deyir, İran isə...

ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu açıqlayıb.

Tramp “Fox News”-a müsahibəsində bildirib ki, tərəflər ötən gün danışıqlar aparıblar və müzakirələr "çox yaxşı" keçib.

Onun sözlərinə görə, Hörmüz boğazının yaxın vaxtlarda yenidən açılması mümkündür. Tramp eyni zamanda xəbərdarlıq edib ki, İran razılaşmadan geri çəkilərsə, çox ağır zərbə alacaq.

"Axios" nəşrinin məlumatına görə, ABŞ və İran Omanın vasitəçiliyi ilə Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan müvəqqəti razılaşmaya yaxınlaşıblar. Lakin İran dövlət mediası Vaşinqtonun təhdidlərini davam etdirdiyi müddətdə belə bir razılaşmanın gecikəcəyini bildirib.

Müəllif: Roza

Mənbə: publika.az