O, İranın hücumları nəticəsində ölən 4 ABŞ əsgərinin nəşinin geri alındığını bildirib.
D.Tramp söyləyib ki, iranlılar razılaşma əldə etmək istəyirlər, amma hələ buna hazır deyillər: “Tezliklə hazır olacaqlar”.
Hörmüz boğazındakı vəziyyətə toxunan Ağ Ev sahibi deyib ki, boğaz onlara lazım deyil, amma lazım olanı etməlidirlər: “İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”.
Birləşmiş Ştatlar liderinin Corciya ştatında keçirdiyi görüş təkcə verdiyi açıqlamalara görə diqqət mərkəzində olmayıb. O, danışanda çox maraqlı anlar yaşanıb.
D.Tramp nitq söyləyəndə arxasında dayanan gənc bir kişi onu təqlid etməyə başlayıb. Həmin anlar kameralar tərəfindən lentə alınıb. Görüntülər qısa zamanda dünyada trendə çevrilib.
Mənbə: olke.az