“Türkiyə ilə birgə yeni yaradılacaq müəssisələrdə təhsil alan tələbələr həm Azərbaycan, həm də Türkiyənin peşə diplomu ilə təmin olunacaq”.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı deyib.
O bildirib ki, bu, tələbələrin rəqabətli kadr kimi çıxış etməsinə imkan verəcək: “Müəssisələrdən birinin Bakıda, digərinin isə Qubada olması planlaşdırılır”.
Mənbə: qafqazinfo.az