Danışıqlar 35 dəqiqə davam edib.
Görüş zamanı Ukraynadakı münaqişə və cəbhə xəttindəki vəziyyət əsas müzakirə predmeti olub.
“Ukrayna məsələsinin müzakirəsi zamanı Sergey Lavrov amerikalı həmkarını təmas xətti boyunca real vəziyyət barədə məlumatlandırıb. O, Kiyev rejiminin daha da silahlandırılmasının yolverilməzliyini və hələ də Rusiyaya “strateji məğlubiyyət” verməyə çalışan Avropa ölkələrinin ümumilikdə qeyri-sabitlik yaradan siyasətini vurğulayıb”, - Rusiya Xarici İşlər Nazirliyinin görüşlə bağlı məlumatında deyilir.
Görüş zamanı S.Lavrov və M.Rubio Rusiya və ABŞ diplomatik nümayəndəliklərinin iş şəraitinin normallaşdırılması, eləcə də Fars körfəzindəki vəziyyət də daxil olmaqla beynəlxalq məsələləri müzakirə ediblər.
Mənbə: olke.az