Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) açıqlama verilib.

Mətndə deyilir ki, danşıq zamanı Əraqçi ABŞ ilə İran arasında aparılan danışıqlar prosesinə verdiyi töhfələrə görə Türkiyəyə təşəkkür edib.

Nazir Hakan Fidan əldə olunan razılaşmadan məmnunluqlarını ifadə edərək, proseslə bağlı tamamlayıcı danışıqların da müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib. Fidan əldə edilən razılaşmanın pozması üçün edilən təxribatlara qarşı diqqətli olmağın vacibliyini vurğulayaraq, Türkiyənin regionda sülhün, əmin-amanlığın və sabitliyin möhkəmləndirilməsi istiqamətində töhfələrini qətiyyətlə davam etdirəcəyini bildirib.

Günel Karatepe
İstanbul

Mənbə: azertag.az