Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə bitib

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə bitib

Ermənistanla Azərbaycan arasında münaqişəyə birdəfəlik son qoyulub.

Erməni KİV-lərinə istinadən xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 16-da Milli Assambleyanın iclasında 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın təsdiqi ilə bağlı müzakirələr zamanı bildirib.

"Azərbaycanla 2025-ci ildə qeydə alınan sülhün əldə edilməsi faktı 2026-cı ildə legitimlik qazanıb", - deyə N.Paşinyan davam edib.

Onun sözlərinə görə, buna "erməni xalqının parlament seçkilərində verdiyi seçim və səsvermə sayəsində" nail olunub.

Paşinyan hesab edir ki, məhz 2025-ci ildə yeni gündəliyə - yeni keyfiyyətli dövlətin formalaşması gündəliyinə keçidin əsasları qoyulub.

Baş nazir 2025-ci ildə Ermənistan və Azərbaycanın sülh sazişi layihəsi və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı danışıqların, eləcə də mətn layihəsi üzrə sazişin başa çatdığını elan etməsinin vacibliyini vurğulayıb.

"Bu hadisə 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı və təşəbbüsü ilə sülhün bərqərar olmasına imkan verdi", - deyə erməni baş nazir sözlərini yekunlaşdırıb.

Alparslan

Mənbə: demokrat.az