Fransanın Evian şəhərində keçirilən G7 Liderlər Zirvəsində maraqlı anlar yaşanıb.
Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenskinin mikrofonları açıq qalıb.
Bu səbəbdən, ABŞ Prezidenti Donald Trampla bağlı söhbəti kameraların diqqətindən yayınmayıb.
“Hotel Royal”ın bağında gəzərkən qeydə alınan danışıq zamanı Makronun Trampla son görüşünü “çətin keçən görüş” kimi xarakterizə etdiyi eşidilib. O, həmçinin Zelenski ilə Tramp arasında görüşün təşkilinə kömək edə biləcəyini bildirib.
Zelenski görüşlə bağlı yekun təsdiqin verilmədiyini qeyd etsə də, Makron bu məsələdə dəstək olacağını vurğulayıb.
Qeyd edək ki, iyunun 15-17-də keçirilən G7 Zirvəsində qlobal təhlükəsizlik, Ukraynadakı müharibə və dünya iqtisadiyyatına dair məsələlər müzakirə olunur.
Mənbə: bizim.media