Merts Almaniyanın ən yaxşı illərinin hələ qabaqda olduğunu söylədi

Merts Almaniyanın ən yaxşı illərinin hələ qabaqda olduğunu söylədi

Almaniya kansleri Fridrix Merts ölkənin hazırkı iqtisadi çətinliklərinə baxmayaraq, ölkənin qarşıda "çox yaxşı illərinin" olduğuna əminliyini ifadə edib.

Bu barədə Almaniya kansleri Brandunburqda keçirilən Şərqi Almaniya İqtisadi Forumunda çıxış edərkən deyib.

Merts Federativ Almaniya Respublikasının gələcəyi ilə bağlı bədbinlik və qaranlıq proqnozlar üçün heç bir səbəb görmədiyini bildirib.

"Ölkəmizin ən yaxşı dövrləri geridə qalmayıb. Bizi – həm şərqi, həm qərbi Almaniyada, bütövlükdə Almaniya Federativ Respublikasında və Avropada çox yaxşı illər gözləyir", - kansler vurğulayıb.


O, həmçinin siyasi qüvvələri partiyalararası ixtilaflardan imtina etməyə və ölkənin, eləcə də Avropanın gələcəyi naminə birgə fəaliyyətə diqqət ayırmağa çağırıb.

Mənbə: bizim.media