“İranla razılaşma həftəsonu bağlana bilər”.
Bunu ABŞ Prezidenti Donald Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp İranla aparılan danışıqların müsbət irəlilədiyini bildirib.
Ağ Ev rəhbəri qeyd edib ki, Tehran nüvə silahı hazırlamamaq və əldə etməmək öhdəliyini qəbul etməyə yaxındır.
“Danışıqlar çox yaxşı gedir. Razılaşma da ola bilər, olmaya da bilər. Amma əldə olunarsa, bu, həftəsonu baş verə bilər”, - deyə ABŞ Prezidenti vurğulayıb.
Trampın sözlərinə görə, Vaşinqton və Tehran arasında münasibətlər hazırda konstruktiv məcrada davam edir və tərəflər nəzəri olaraq yekun razılaşmaya çox yaxındırlar.
ABŞ Prezidenti həmçinin İranın nüvə proqramı ilə bağlı materialların gələcəkdə birgə nəzarət altında çıxarılıb məhv ediləcəyini bildirib.
Tramp qeyd edib ki, İranla razılaşma əldə olunacağı təqdirdə Hörmüz boğazında gəmiçiliyin bərpası da sürətlənəcək.
Onun sözlərinə görə, boğazın bəzi hissələrində hələ də dəniz minaları mövcuddur, lakin onların qısa müddətdə təmizlənməsi mümkündür.
ABŞ Prezidenti İsrail və “Hizbullah” arasında vəziyyətin nəzarət altında olduğunu bildirərək, tərəflərin qarşılıqlı hücumlardan çəkinmək barədə razılığa gəldiyini söyləyib.
Tramp həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə əməkdaşlığı yüksək qiymətləndirərək, Vaşinqtonun bölgədəki proseslərdə mühüm rol oynadığını vurğulayıb.
Mənbə: qafqazinfo.az