Rusiyalı oliqarx Samvel Karapetyanın İrəvanda keçirilən mitinqində Azərbaycan dilində səs yazıları səsləndirilib.
Bu haqda teleqram kanalları görüntülər paylaşıb.
Belə ki, onun tərəfdaşları revanşist əhval-ruhiyyəni qızışdırmaq üçün Azərbaycan dilində səs yazıları səsləndirərək iştirakçıları “Azərbaycan təhlükəsi” ilə qorxutmağa başlayıblar.
Səs yazısında İrəvana gedib erməni mənzilində məskunlaşan azərbaycanlı ailə təsvir edilib.
Mənbə: qafqazinfo.az