Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta vasitəçisinin lisenziyasını ləğv edib.
Bu barədə AMB məlumat yayıb.
Belə ki, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 18 avqust 2026-cı il tarixli Qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 1 (bir) hüquqi şəxs olan sığorta brokerinə, 1 (bir) nəfər fiziki şəxs olan sığorta brokerinə və 2 (iki) nəfər fiziki şəxs olan sığorta agentinə sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinə əsasən lisenziyaları ləğv edilən sığorta vasitəçilərinin SİYAHISI:
|
№ |
Sığorta vasitəçisinin adı |
Fəaliyyət növü |
Lisenziyanın tarixi |
Lisenziyanın nömrəsi |
VÖEN |
|
1 |
“Sizin Sığorta Brokeri” MMC |
Broker |
02.10.2017 |
SB-002 |
1304432171 |
|
2 |
İsmayılov Fuad Beytxan oğlu |
Broker |
22.06.2009 |
000183 |
1401564242 |
|
3 |
Əliyev Rasim Balo oğlu |
Agent |
24.01.2014 |
080507 |
8300098342 |
|
4 |
Mahmudov Mirmehdi Mircəlal oğlu |
Agent |
28.06.2012 |
000694 |
1502073102 |
Mənbə: az.trend.az