İranın neft ixracı sıfıra düşdü

İranın neft ixracı sıfıra düşdü

İran Mərkəzi Bankının rəhbəri Əbdülnasır Himməti ölkənin hazırda heç bir neft ixrac etmədiyini bildirib.

Himməti ABŞ-nin dəniz blokadasının İran və region ölkələrinə təsirlərini qiymətləndirərkən neft ixracının sıfıra endiyini deyib.
Onun sözlərinə görə, hökumət və Mərkəzi Bank bu vəziyyəti əvvəlcədən proqnozlaşdırıb və bununla bağlı tədbirlər görüb.
Himməti bildirib ki, İranın əsas problemi xaricdəki maliyyə ehtiyatlarına çıxışın ABŞ tərəfindən bloklanmasıdır.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az