“Hazırda dünyada dollara nisbətən avronun bahalaşması baş verir. Bu dolların ucuzlaşması ilə əlaqədardır. Digər tərəfdən bu gün Avropanın enerji təhlükəsizliyində və təchizat zəncirində çətinliklər yaranıb. Bu da Avropa iqtisadiyyatına təzyiqlər yaradır”.
Bu sözləri açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
Ekspert bildirib ki, avronun bahalaşması Avropadan idxal olunan məhsulların, xüsusilə texnologiyaların qiymətinin artmasına səbəb ola bilər: “Digər tərəfdən Avropaya səyahət edənlərin daha çox vəsait xərcləməsinə, turizm səfərlərinin xərcinin artmasına gətirib çıxara bilər. Bu da özlüyündə inflyasiya təhdidi yaradır. Hesab edirəm ki, Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənliklər, Rusiya-Ukrayna müharibəsinin davam etməsi avronun bir az daha bahalaşmasına səbəb ola bilər. Bu gün neftin qiymətinin artması da davam edir. Bu da həmçinin qiymət artımına səbəb olur. Münaqişələrin tənzimlənməməsi logistika təchizat qiymətlərini artırır. Gələcəkdə də həmçinin görünən mənzərə də odur ki, dolların ucuzlaşması avronun bahalaşmasına səbəb olur.
Digər tərəfdən dolların ucuzlaşması da investorların daha çox avroya diqqətini yönəldir ki, bu da avroya tələbatı artırır. İnvestisiya aləti kimi bu da öz növbəsində əlavə avronun mövqeyinin güclənməsinə səbəb olur”.
Mənbə: pravda.az