Bakıda 51 və 118A nömrəli marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən avtobuslar yenilənir.
Avqustun 4-dən etibarən "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 51 nömrəli və Zabrat qəsəbəsinə xidmət göstərən 118A nömrəli marşrutlarda müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilmiş "King Long” markalı avtobuslar istismara veriləcək.
Hər iki marşrut üzrə ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,60 manat müəyyən edilib.
Mənbə: azxeber.com