Almaniyanın dövlət borcu 2026-cı ilin ikinci rübünün sonunda 2,75 trilyon avroya yüksəlib.
TASS-a istinadən xəbər verilir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.
Bildirilir ki, ilin birinci rübü ilə müqayisədə dövlət borcu 1 faiz, yəni 26,3 milyard avro artıb. Ən böyük artım federal hökumətin öhdəlikləri üzrə qeydə alınıb - 20,5 milyard avro.
Qeyd edək ki, 2026-cı ilin əvvəlində Almaniyanın dövlət borcunun 2025-ci ilin üçüncü rübündə tarixi maksimuma çatdığı bildirilmişdi. Həmin vaxt borcun həcmi 2,79 trilyon avro təşkil edirdi.
Müəllif: Adəm
Mənbə: publika.az