İlon Mask trilyoner statusunu geri qaytardı

İlon Mask trilyoner statusunu geri qaytardı

Amerikalı sahibkar İlon Maskın sərvəti yenidən 1 trilyon dollar həddinə çatıb.

Bu barədə "Forbes" jurnalı məlumat yayıb.

"İlon Mask yenidən trilyonçu oldu. "SpaceX" və "Tesla"nın səhmləri bahalaşıb, bu da onun xalis kapitalını 65 milyard dollardan çox artırıb", - məlumatda deyilir.

"Forbes Real-Time Billionaires"in məlumatına görə, hazırda Maskın sərvəti 1 trilyon dollardır.

İyun ayında "SpaceX" səhmlərinin dəyərinin düşməsi fonunda Maskın sərvəti 1 trilyon dollardan aşağı düşmüşdü. Həmin vaxt o, şirkətin ilkin kütləvi səhm təklifindən sonra iki həftədən az müddətdə trilyonçu olaraq qalmışdı.

Hüseyn İbadlı

Mənbə: publika.az