Azərbaycan və Vyetnam arasında birbaşa hava əlaqəsinin yaradılması nəzərdən keçirilir

Azərbaycan və Vyetnam arasında birbaşa hava əlaqəsinin yaradılması nəzərdən keçirilir

Azərbaycan və Vyetnam arasında birbaşa hava əlaqələrinin yaradılması imkanları dəyərləndirilib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev sosial media hesabında paylaşım edib.

“Dünən Vyetnamın Vietjet Air aviaşirkətinin, Sovico Group və Vingroup şirkətlərinin nümayəndələri ilə görüş keçirdik.

Görüş zamanı Azərbaycan və Vyetnam arasında birbaşa hava əlaqələrinin yaradılması, Vietjet Air aviaşirkətinin Bakı və ölkəmizin regional hava limanlarına uçuşlar həyata keçirməsi perspektivləri, eləcə də Azərbaycan Hava Yolları ilə potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq.

Beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi, yeni aviaşirkətlərin cəlb edilməsi və hava əlaqələrinin şaxələndirilməsi strateji prioritetlərimiz sırasındadır”, - paylaşımda qeyd edilib.

Xəbər yenilənəcək...

Mənbə: az.trend.az