Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Ötən həftə (12-16 oktyabr tarixlərində) Azeri Light (CIF), Azeri Light (FOB Ceyhan), Dated Brent və Urals markalı neftin orta qiymətləri azalıb.

Neft bazarının iştirakçılarının məlumatları əsasında aparılan hesablamalara görə, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan Azeri Light (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,1 ABŞ dolları və ya 2,4 faiz azalaraq bir barel üçün 123,79 ABŞ dolları təşkil edib.

Məlumata görə, həftə ərzində bu markalı xam neftin maksimum qiyməti bir barel üçün 131,62 ABŞ dolları, minimum qiyməti isə 116,26 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri əsasında Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 112,78 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisi ilə müqayisədə 3,36 ABŞ dolları və ya 2,9 faiz aşağıdır. Həftə ərzində maksimum qiymət bir barel üçün 120,70 ABŞ dolları, minimum qiymət isə 105,42 ABŞ dolları olub.

Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,47 ABŞ dolları və ya 1,7 faiz azalaraq bir barel üçün 84,84 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimum qiymət 89,26 ABŞ dolları, minimum qiymət isə 82,32 ABŞ dolları olub.

Dated Brent markalı neftin orta qiyməti bir barel üçün 126,98 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 2,96 ABŞ dolları və ya 2,3 faiz azdır. Həftə ərzində bir barelin maksimum qiyməti 134,25 ABŞ dolları, minimum qiyməti isə 116,59 ABŞ dolları olub.

Neft/ Tarix

12.10.2026

13.10.2026

14.10.2026

15.10.2026

16.10.2026

Orta qiymət

Azeri LT CIF

$131.62

$127.87

$124.14

$119.04

$116.26

$123.79

Azeri Light FOB Ceyhan

$120.70

$116.51

$112.79

$108.49

$105.42

$112.78

Urals (EX NOVO)

$89.26

$85.78

$83.45

$83.40

$82.32

$84.84

Dated Brent

$134.25

$130.52

$127.55

$125.98

$116.59

$126.98

Mənbə: publika.az