Dünyada milyonerlərin sayı artıb

Dünyada milyonerlərin sayı artıb

2025-ci ildə bütün dünyada milyonerlərin sayı artıb.

Bu barədə "Reuters" İsveçrənin UBS bankının hesabatına istinadən məlumat verib.

"2025-ci ildə milyonerlər hər yerdə heç vaxt olmadığı qədər artıb", - deyə məlumatda bildirilib.

Tədqiqat göstərir ki, dünyada şəxsi kapitalın ümumi məbləği ötən il 10.8% artıb, 2024-cü ildə bu rəqəm 4.6%, 2023-cü ildə isə 4.2% təşkil edib. Bu tendensiya güclü maliyyə bazarları sayəsində mümkün olub.

Beləliklə, təkcə ABŞ-də milyonerlərin sayı 2025-ci ildə 440 000 nəfər artıb. Avropada isə dollar milyonerlərinin sayı qeyri-mütənasib şəkildə çoxalıb ki, bu, əsasən ötən il dolların avroya nisbətən dəyərdən düşməsi ilə bağlıdır. Eyni zamanda, İsveçrə bankı qeyd edib ki, orta rifah səviyyəsi bütün dünyada artsa da, qeyri-bərabərlik də dərinləşib. Orta göstəricini daha yaxşı əks etdirən orta sərvət səviyyəsi əksər ölkələrdə azalıb və bu da ən varlılarla digər əhali arasındakı artan fərqi vurğulayır. Hesabatın hazırlanması zamanı UBS dünya sərvətinin 92%-dən çoxunu təmsil edən 56 bazarı araşdırıb.

Mənbə: oxu.az