UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 18-də keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşması öncəsi Bakıda hazırlıq işləri son mərhələyə çatıb.
Tarixi oyunun baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionunda artıq hazırlıq prosesləri tamamlanmaq üzrədir.
Stadionun ot örtüyü, texniki zonaları və tribunaları UEFA-nın yüksək standartlarına uyğun vəziyyətə gətirilib.
“Nyukasl”ı qəbul etməyə hazırlaşan Tofiq Bəhramov adına Respublika Stadionundan son görüntüləri təqdim edirik:



Mənbə: qafqazinfo.az