Rezidentura üzrə elektron sınaq imtahanında 158 nəfər iştirak edib

Rezidentura üzrə elektron sınaq imtahanında 158 nəfər iştirak edib

Bu gün rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri) üzrə elektron sınaq imtahanı keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sınaq imtahanında 158 nəfər iştirak edib.

İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 2 saat 30 dəqiqə müddətində aparılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.

Mənbə: publika.az