Sülh Şurasına üzv ölkələr Qəzza sektorunun bərpası və humanitar yardım üçün 5 milyard dollardan çox vəsait ayıracaqlar.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da paylaşım edib.
Ağ Ev rəhbəri bildirib ki, ölkələr bunu fevralın 19-da Vaşinqtondakı Sülh İnstitutunda keçiriləcək Sülh Şurasının ilk iclasında elan edəcəklər.
Onun sözlərinə görə, Şuraya daxil olan ölkələr Fələstin anklavında sülh və təhlükəsizliyin qorunması məqsədilə minlərlə hərbçi göndərməyə hazırdırlar.
Mənbə: publika.az