Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırdı

Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırdı

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 306,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,2 milyon dollar və ya 21 faiz çoxdur.

2025-ci ilin 11 ayı ərzində Gürcüstana ixrac olunan qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 9,23 faiz təşkil edib.

Beləliklə, Gürcüstan Azərbaycandan ən çox qeyri-neft məhsulları idxal edən ölkələr arasında dördüncü yer tutub.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirmişdir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır

Mənbə: unikal.az