Rusiya Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdırmaq qərarı verib.
Qadağa iyulun 27-dən qüvvəyə minəcək.
Bildirilib ki, qərarın səbəbi Ermənistanda xammalın mənşəyinin təsdiqlənməsi sisteminin olmaması və istehsalçılara nəzarətin aparılmamasıdır.
Bu addım daha əvvəl Ermənistan idxalına tətbiq edilən bir sıra məhdudiyyətlərin davamı hesab olunur.
Sözügedən qadağalar əvvəlcə alkoqollu içkilər, güllər, meyvə, tərəvəz, mineral su və balıq məhsullarına da şamil edilmişdi.
Mənbə: bizim.media