Dünyada dizel yanacağı UCUZLAŞACAQ

Dünyada dizel yanacağı

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş verən telefon söhbətindən sonra dünya bazarında dizelin qiyməti 5 faiz azalıb.

Prezidentlər arasında baş tutan telefon söhbətindən sonra ABŞ Maliyyə Nazirliyi xüsusi lisenziya imzalayaraq 7 aprel 2027-ci ilə kimi Rusiyaya dünya bazarına dizel yanacağı ixrac etməyə icazə verib.

ABŞ analitikləri bunun siyasi qərar olduğunu bildirərək qeyd edirlər ki, noyabrda Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində yanacağın qiymətinin artması ilə əlaqədar olaraq bütün istehlak mallarının qiyməti və inflyasiya artıb.

Yaxın Şərqdə İrana qarşı aparılan hərbi əməliyyatların nəticəsi Hörmüz boğazının bağlanması və dünya bazarına neft təchizatının dayanması ilə nəticələndi ki, bu da Avropa ilə yanaşı ABŞ-nin özündə də neft və neft məhsullarının bahalaşmasına və əhalinin narazılığına səbəb oldu.


Payız mövsümündə ABŞ-də dizelə tələbat xüsusilə artır. Təsadüfi deyil ki, Rusiyaya qarşı xoşməramlı addımına görə bir sıra tənqidlərə cavab verən Prezident D.Tramp bildirib: “Mənim üçün vacib olan ABŞ fermerlərinin və uzaq məsafələrə yük daşıyan maşınlarının həyata keçirdiyi işdir”.

Dizelin qiymətinin artması ABŞ-də kənd təsərrüfatının fəaliyyətini demək olar ki, yavaşladıb. Bu da gələn il üçün ərzaq məhsullarının qiymətinin kəskin artmasına səbəb ola bilərdi. Bu səbəbdən ABŞ administrasiyası Rusiyaya tətbiq etdiyi sanksiyanı müvəqqəti ləğv edib.

Hazırda Rusiya dünya bazarına 300 min, noyabrda 500 min, daha sonra isə 1 milyon ton dizel yanacağı ixrac etməyə hazırlaşır.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına əsasən, Rusiya dizel yanacağını ixrac etməyə başladıqda qiymətlər daha da aşağı düşəcək.

Mənbə: bizim.media