Somalidən Azərbaycana ət İDXAL OLUNUR?

Somalidən Azərbaycana ət

Son günlər sosial şəbəkələrdə və mətbuatda Somalidən Azərbaycana ət idxalı ilə bağlı məlumatlar yayılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “modern.az”ın sorğusuna cavab olaraq yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana Somalidən 960 min ABŞ dolları dəyərində 46,5 ton qoyun əti idxal olunduğu açıqlanmışdı.

Mənbə: bizim.media