“Şamaxı yolu” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik hissəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi saatda 100 km-dən 90 km-ə endirilib.
Bu barədə Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
"Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik", - məlumatda bildirilib.
Mənbə: publika.az