Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR

Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR

Türkiyə Qara dənizə doğru hərəkət edən bəzi gəmilərin boğazlardan keçidini məhdudlaşdırmağa başlayıb.

Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsi tərəfindən Rusiyanın Novorossiysk limanına gedən bir neçə gəmiyə marşrut üzrə keçid icazələri verilməyib. Bəzi hallarda isə Dardanel boğazından tranzit üçün müraciətlərə baxılmasının daha çox vaxt aparacağı vurğulanıb.

Qeyd olunub ki, analoji məhdudiyyətlər Ukrayna istiqamətində hərəkət edən bəzi gəmilərə də tətbiq edilib. Türkiyə hakimiyyəti bu tədbirlərin rəsmi səbəblərini açıqlamayıb.

Məhdudiyyətlər Qara dənizdə ticarət gəmilərinə qarşı PUA hücumlarının artmasından sonra tətbiq edilib. Son günlər bir neçə gəmi, o cümlədən göyərtəsində Türkiyə vətəndaşlarının olduğu gəmilər hücuma məruz qalıb.

Türkiyə hökuməti gəmilərin boğazlardan keçidinə tətbiq edilən məhdudiyyətlərin nə qədər davam edəcəyini açıqlamayıb.

Mənbə: publika.az