Çin neft bazarında liderliyə gedir: Birjalara şok dalğası yaşatdı

Çin neft bazarında liderliyə gedir: Birjalara şok dalğası yaşatdı

Çin qlobal neft bazarında getdikcə daha böyük təsir gücünə çevrilir.

İranın Hörmüz boğazında neft daşımalarını məhdudlaşdırmasından sonra körfəz ölkələri alternativ boru kəmərlərindən istifadə etməklə gündəlik neft tədarükünü artırıb. ABŞ və Yaponiya isə strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb.
Lakin qlobal neft bazarında vəziyyətə ən ciddi təsir göstərən ölkələrdən biri Çin olub. Məlumata görə, fevral-iyun ayları arasında Çin xam neft idxalını gündə təxminən 5,5 milyon barel azaldıb.
Bu azalmanın qlobal neft qiymətlərinə ciddi təsir etdiyi və “Brent” markalı neftin qiymətinə 30 dollara qədər aşağı təzyiq yaratdığı bildirilir.
Maraqlıdır ki, Çinin neft idxalını azaltması iqtisadi geriləmə ilə bağlı olmayıb. Ölkənin ümumi daxili məhsulu (ÜDM) artmaqda davam edib. Bu isə Pekinin enerji bazarında daha strateji və müstəqil qərarlar qəbul etdiyini göstərir.
Vüsalə Hüseynova,
BakuPost

Mənbə: www.bakupost.az