Sabah Sumqayıtda 750 abonentə qazın verilişində fasilələr olacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.
Bildirilib ki, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 24-ə saat 10:00-dan etibarən şəhərin Çerkassı küçəsində qazın verilişində məhdudiyyət yaranacaq.
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Mənbə: axar.az