Adapteri elektrik şəbəkəsində saxlamayın– Ölümcül ola bilər!

Adapteri elektrik şəbəkəsində saxlamayın– Ölümcül ola bilər!

Telefon şarj cihazını zaman-zaman elektrik şəbəsində unuduruq. Yaxud da bəziləri elə rozetdə saxlayır ki, lazım olanda vaxt itirmədən istifadə etsin. Amma mütəxəssislər bunu tövsiyə etmir.

Smartfon qoşulu olmasa belə, şarj cihazı az miqdarda elektrik enerjisi sərf edir.

Bu, "gözləmə rejimi" (standby mode) adlanır.

Mütəxəssislərin izahına görə, bu rejim daha çox ekranı olan, vaxtı göstərən və ya internetə qoşula bilən cihazlara — məsələn, displeyli avadanlıqlara, saatlara, üzərində işıqlı göstəricilər olan cihazlara və ya Wi-Fi funksiyası daşıyan texnikaya xasdır.

Adi bir evdə bu cür cihazlardan çoxdur: televizorlar, kompüterlər, sobalar, mikrodalğalı sobalar, istilik nasosları və robot tozsoranlar. Onlar "hazır" vəziyyətdə qalırlar ki, bir düyməyə basmaqla və ya pult vasitəsilə dərhal işə salına bilsinlər. Bu funksionallıq taymerlər, avtomatik işə düşmə və məsafədən idarəetmə kimi imkanları təmin edir.

Gözləmə rejimində enerji sərfiyyatı ümumiyyətlə aşağı olsa da — mütəxəssis orta hesabla bir cihazın təxminən 1 vatt, yəni ildə təxminən 9 kVt/saat enerji sərf etdiyini təxmin edir — bu rəqəm zamanla arta bilər. Tək bir cihaz üçün bu miqdar çox azdır, lakin evdə bu cür cihazlar çox olduqda, ümumi enerji sərfiyyatı əhəmiyyətli dərəcədə artır.

Bundan başqa, alət qoşulu olduğu üçün uc hissəsi elektriklə yüklənmiş olur. Yumşaq toxumala dəyərsə adamı “tok” vura bilər.

Xatırladaq ki, ötən il sosial şəbəkələrdə bir rusiyalı ata 3 yaşlı qızının rozetə qoşulu adapterin ucunu ağzına aparmaqla elektrik cərəyanı vurub öldürdüyünü bildirmişdi. Acılı ata ağlayaraq sosial şəbəkə üzərindən gənc valideynlərə adapterlə bağlı diqqətli olmağı tövsiyə edirdi.

Şəfiqə Şəfa

Mənbə: bizim.media