Günəşdə yeni aktiv bölgə aşkarlanıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Alimlər Günəşin şərq kənarından görünən parlaq plazma halqalarına diqqət yetiriblər. Hələ bir gün əvvəl həmin ərazidə heç bir aktivlik əlaməti müşahidə olunmadığından, mütəxəssislər Günəş aktivliyinin tezliklə demək olar ki, tamamilə dayanacağını ehtimal edirdilər.
“İndi bu, böyük ehtimalla baş verməyəcək və Günəş ən azı zəif də olsa, aktivliyini davam etdirəcək”, - deyə laboratoriyadan bildirilib.
Bununla belə, yeni bölgənin mümkün nəticələrini qiymətləndirmək hələ tezdir. Hazırda o, nəzərəçarpacaq aktivlik nümayiş etdirmir. Buna görə də alimlər yaxın 24 saat ərzində onun inkişafını müşahidə edəcəklər.
Müəllif: Adəm
Mənbə: publika.az