“Qalatasaray” Fransada tarix yazdı - 27 ildən sonra ilk

“Qalatasaray” Fransada tarix yazdı - 27 ildən sonra ilk

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə Fransanın “Lill” klubunu 4:2 hesabı ilə məğlub edib.

İlk dəfə qarşılaşan tərəflərin mübarizəsində İstanbul təmsilçisi tarixi nailiyyətə imza atıb.

İstanbul klubu 1999-cu ilin oktyabrında “Herta Berlin”i 4:1 hesabı ilə üstələdiyi qarşılaşmadan sonra ilk dəfə Çempionlar Liqasında səfər matçında rəqib qapısından 4 top keçirib və cari mövsümdə ilk qələbəsini qazanıb.

“Qalatasaray”a qələbə gətirən qolları 2-ci dəqiqədə Yunus Akgün, 44-cü dəqiqədə Aleksey Batrakov, 52-ci dəqiqədə Berke Özer (öz qapısına) və 61-ci dəqiqədə Viktor Osimhen vurublar. Ev sahiblərinin qollarını isə 8 və 39-cu dəqiqələrdə Diaun vurmağı bacarıb.

Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqası tarixində Fransa klubunun qapısına bir oyunda 4 qol vurmağı bacaran ilk Türkiyə komandası kimi tarixə düşüb.

Mənbə: qafqazinfo.az