“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sağ dizində ön çarpaz bağın cırılması nəticəsində ciddi zədə alan PSJ-nin hücumçusu Xviça Kvaratsxeliyaya dəstək olub.
Kvaratsxeliya oktyabrın 20-də Çempionlar Liqasının 3-cü turunda “Barselona”ya qarşı (4-2) keçirilən matçda zədə alıb.
Ronaldo sosial mediada yazıb:
“Futbolda ən çətin döyüşlər çox vaxt hər kəs üçün görünməz qalır. Mən bu hissi bilirəm, Kvara. Amma səni bura qədər nəyin gətirdiyini heç vaxt unutma və çətin anın səni nə qədər irəli gedə biləcəyindən şübhələndirməyə imkan vermə. O alovu qoru. Ən yaxşı anın hələ qabaqdadır”.
Mənbə: publika.az