“Barselona” Çempionlar Liqasının 3-cü turunda PSJ-yə 2:4 hesabı ilə məğlub olduğu oyundan əvvəl nümayiş etdirilən təxribatçı pankartla bağlı UEFA-ya şikayət etmək niyyətindədir.
Bu barədə “La Vanguardia” məlumat yayıb.
Paris azarkeşləri “Paris qırğını” başlığı ilə müşayiət olunan pankartda maskalı bir kişinin Kataloniya klubunun emblemini mişarla kəsdiyini təsvir edən banner açıblar. PSJ azarkeşləri həmçinin mişardan çıxan qığılcımları simulyasiya edən pirotexnika vasitələrindən də istifadə ediblər.
“Barselona” nümayəndələri bannerin məzmunundan narazılıqlarını bildiriblər və UEFA nümayəndəsi ilə əlaqə saxlamaq niyyətindədirlər. Kataloniya klubu həmçinin onlara yönəlmiş digər təhqiramiz bannerlərin yığışdırılmasını tələb edib.
Mənbə: publika.az